VƏTƏNDAŞLARLA GÖRÜŞ

Heç bir təzyiq ölkəmizə qarşı törədilən cinayətlərə görə məsuliyyəti təmin etmək iradəmizi sarsıda bilməz

  • 11/03/2025

Heç bir xarici müdaxilə və ya təzyiq cəhdi Azərbaycanın qanunun aliliyini qorumaq və ölkəmizə qarşı törədilən cinayətlərə görə məsuliyyəti təmin etmək iradəmizi sarsıda bilməz".

Deputat qeyd edib ki, 6 mart tarixində "İsveç–Ermənistan Parlament Dostluq Qrupu" tərəfindən qəbul edilmiş əsassız, qərəzli və obyektivlikdən uzaq bəyanat bu həqiqətə açıq hücumdur:

"Yalan məlumatlar və uydurma ittihamlarla dolu olan bu sənəd, reallığı təhrif etmək, Azərbaycan Respublikasının suverenliyini şübhə altına almaq və erməni separatçıları ilə müharibə cinayətkarlarının Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə aparılan məhkəmə prosesinə müdaxilə cəhdidir. Bu cəhdlər hazırda təqsirləndirilən şəxslərin mühakiməsinə müdaxilə cəhdidir".

Deputat vurğulayıb ki, Ermənistan lobbisinin bəslədiyi bu qrup, Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində işğal etməsinə, dinc Azərbaycan əhalisinə qarşı saysız-hesabsız hərbi cinayətlərə, etnik təmizləmələrə və insan hüquqlarının kobud şəkildə pozulmasına susqun qalıb:

"Xocalı soyqırımı da daxil olmaqla, erməni silahlı qüvvələrinin qadınlara, uşaqlara və qocalara qarşı amansız işgəncələr və vəhşicəsinə qətllər törətməsinə bilərəkdən göz yummağı üstün tutublar.

Beynəlxalq hüquqa əsasən, Azərbaycan separatizm, sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də azərbaycanlılara qarşı terror aktları törətmiş şəxsləri tam hüquqi əsaslarla mühakimə etmək səlahiyyətinə malikdir və mühakimə Azərbaycan qanunları çərçivəsində uğurla davam etdirilir".