VƏTƏNDAŞLARLA GÖRÜŞ

Səmədov Elnur Qalib oğlu

Səmədov Elnur Qalib oğlu 12.03.2002-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Bakı şəhəri, Səbail rayonu 7 saylı orta məktəbdə təhsil alıb. Elnur Səmədov 2020-ci ildə Vətən müharibəsində iştirak edib və oktyabrın 25-də Qubadlı istiqamətində gedən döyüşlərdə ayağından yaralanıb. 18.09.2022 tarixdə uzun sürən xəstəlikdən sonra Türkiyənin İstanbul şəhərində müalicə alan zaman vəfat edib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi, döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elnur Səmədov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsinin iştirakçısı” medalları ilə təltif olunub.