
Şikarov Nəcəf Şikar oğlu
Şikarov Nəcəf Şikar oğlu 1985-ci il yanvarın 24-də Şamaxı şəhərində anadan olub. Xətai rayonunda 24 nömrəli tam orta məкtəbdə, 1999-2002- ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil alıb. Daha sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) davam etdirib. Nəcəf Şikarov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı kapitan Şikarov Nəcəf Şuşa-Xocavənd döyüşlərində iştirak edib. Füzuli rayon Alxanlı kəndi istiqamətində mühasirəyə düşən əsgər və zabit heyətinə yardım etmək üçün düşmən səngərinə daxil olaraq iki ermənini silahla, birini isə əli ilə boğaraq öldürüb və özü də şəhid olub. Şəhid Nəcəf Şikarov “II Fəxri xiyaban”da dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nəcəf Şikarov ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları lə təltif edilib.