VƏTƏNDAŞLARLA GÖRÜŞ

Şükrani Şükran Rüfət oğlu

Şükrani Şükran Rüfət oğlu 2001-ci il dekabrın 4-də Bakı şəhəri Xətai rayonunda anadan olub. Orta təhsilini Bakı şəhəri Nizami rayonu 70 nömrəli məktəb-liseyində alıb. Hərbi xidmətə 2020-ci ilin yanvarında Mingəçevirdə yerləşən “N” saylı hərbi hissədə başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Şükran Şükrani 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 7-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Şəhid Şükrani Şükran Suraxanı rayonu “Dədə Qorqud” məzarlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şükran Şükrani ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.