
Şükürlü Elvin Azad oğlu
Şükürlü Elvin Azad oğlu 1997-ci il iyunun 14-də Cəlilabad rayonunda hərbçi ailəsində anadan olub. Orta təhsilini Cəlilabadın Şiləvəngə kəndində alıb. 2011-2014-cü illərdə C.Naxçıvanski adına Hərbi Liseydə oxuyub. 2014- 2018-ci illərdə isə AAHM-də təhsil alıb və 2018-ci ildə motoatıcı ixtisası üzrə AAHM-i leytenant rütbəsi ilə bitirib. Elə həmin dövrdən 2020-ci il 28 sentyabra qədər Daşkəsəndə “N” saylı hərbi hissədə tağım komandiri kimi xidmət edib. 27 sentyabr 2020-ci ildə Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində leytenant kimi iştirak edib. 28 sentyabr şiddətli döyüşlər zamanı aldığı güllə yarasından şəhid olub. Nəşi düşmən tərəfində qaldığı üçün dörd ay itkin düşmüş hesab olunub. 2021-ci ilin yanvar ayının 22-də nəşi düşmən tərəfindən alınaraq “II Fəxri xiyaban”da torpağa tapşırılmışdır. Xətai rayonunda, həmçinin doğulduğu Cəlilabad rayonunda küçələrin biri qəhrəman şəhidimizin adını daşıyır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elvin Şükürlü ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalı və Müdafiə Nazirliyi tərəfindən “Şücaətə görə” medalı ilə təltif edilmişdir