VƏTƏNDAŞLARLA GÖRÜŞ

Ulubəyov Nurəhməd Hacıbəy oğlu

Ulubəyov Nurəhməd Hacıbəy oğlu 2 iyun 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. Xətai rayonu 25 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2012-ci ildə həmin məktəbi bitirib Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İqtisadiyyat fakültəsinə daxil olmuşdur. 2020-ci ilin sentyabr ayının 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə ehtiyatdan çağırılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonlarının azad olunması uğrunda döyüşlərdə iştirak etmişdir. 2020- ci ilin oktyabr ayının 7-də Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşdə ön cəbhədə döyüş meydanında şəhid olmuş, nəşi “II Fəxri xiyaban”da torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Ulubəyov Nurəhməd ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.