VƏTƏNDAŞLARLA GÖRÜŞ

Əhmədov Elbrus Səmrəddin oğlu

Əhmədov Elbrus Səmrəddin oğlu 1988-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 8-ci sinifdə oxuyarkən Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. Elbrus hərbi liseyi bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasının aviasiya fakültəsini bitirərək leytenant rütbəsi alıb və DSX-nın sıralarında xidmət edib. 30 noyabr 2021-ci ildə Xızı rayonu Qaraheybət poliqonundan təlim üçün havaya qalxan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi Mil Mi-17 döyüş helikopteri qəzaya uğrayır və nəticədə 16 zabit heyətindən 14-ü həlak olur, 2-si isə yaralanır. Elbrus Əhmədov həmin hadisə zamanı şəhid olur. Elbrus Əhmədov və onunla birgə şəhid olan 10 zabit “II Şəhidlər xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirməsində fərqləndiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Əhmədov Elbrus ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir