VƏTƏNDAŞLARLA GÖRÜŞ

Məmmədov Murad Yaşar oğlu

Məmmədov Murad Yaşar oğlu 2 yanvar 1986-cı ildə Qərbi Azərbaycanda anadan olmuşdur. 1993-2004-cü illərdə 278 nömrəli məktəbdə orta təhsil almışdır. 2004-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında təhsil almışdır. Murad Məmmədov Dövlət Sərhəd Xidmətinin mayoru idi. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Müharibə zamanı “AN-2 Antonov” təyyarələrini idarə etmişdir. 30 noyabr 2021-ci ildə Xızı rayonu Qaraheybət poliqonundan təlim üçün havaya qalxan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi Mil Mi-17 döyüş helikopteri qəzaya uğrayır və nəticədə 16 zabit heyətindən 14-ü həlak olur, 2-si isə yaralanır. Məmmədov Murad həmin hadisə zamanı şəhid olur. Məmmədov Murad və onunla birgə şəhid olan 10 zabit “II Fəxri xiyaban”ında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Murad Məmmədov “Hərbi xidmətlərə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.