VƏTƏNDAŞLARLA GÖRÜŞ

Əhmədov Səbuhi Fuad oğlu

Əhmədov Səbuhi Fuad oğlu 21 dekabr 1996-cı ildə Şəki şəhərində doğulub. Valideyn himayəsindən məhrum olan Səbuhi Əhmədov ““SOS” Uşaq Kəndləri – Azərbaycan”ın sakini olub. Bakı şəhərində yerləşən 269 saylı tam orta məktəbdə və Bakı Qida Sənayesi Kollecində təhsil alıb. Təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Səbuhi Əhmədov Vətən müharibəsinin də iştirakçısı olub. Səbuhi Əhmədov 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. 14 sentyabr 2022-ci ildə II Fəxri Xiyabanda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əhmədov Səbuhi ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.