
Rüstəmov Vüsal Rüstəm oğlu
Rüstəmov Vüsal Rüstəm oğlu 1984-cü il mayın 11-də Xaçmaz şəhərində dünyaya gəlib. Xaçmaz şəhəri 3 saylı orta məktəbində təhsil aldıqdan sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olmuş və oranı uğurla bitirmişdir. 19.09.2023-cü ildə Xocalıda yaralanmış və orada şəhid olmuşdur. Xaçmaz şəhəri, Qobuqırağı kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Ailəli idi, 2 övladı var. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyi, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rüstəmov Vüsal ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, III dərəcəli “Vətən uğrunda” medalları və “Vətənə xidmət” ordeni ilə təltif edilmişdir.