VƏTƏNDAŞLARLA GÖRÜŞ

Daşdəmirov Sahib Natiq oğlu

Daşdəmirov Sahib Natiq oğlu 6 may 1995-ci ildə Bakı şəhəri, Nərimanov rayonunda anadan olub. Nərimanov rayonu 202 nömrəli məktəbdə təhsil alıb. Daha sonra ali hərbi təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, “baş leytenant” hərbi rütbəsinə qədər yüksəlib. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Daşdəmirov Sahib Natiq oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunun Veysəlli kəndində şəhid olub. II Şəhidlər Xiyabanda dəfn edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sahib Daşdəmirov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.