
Əkbərov Şahid Natiq oğlu
Əkbərov Şahid Natiq oğlu 22 oktyabr 1996-cı ildə Kürdəmir rayonun Məhərrəmli kəndində anadan olub. Kürdəmir rayonu Ərəbqubalı kənd tam orta məktəbində orta təhsil alıb. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra bir müddət mülki işlərdə çalışıb, daha sonra yenidən orduya qayıdaraq Azərbaycan Silahlı Qüvvələrində MAHHXHQ kimi xidmətini davam etdirib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əkbərov Şahid Natiq oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocalı rayonun Dəhrəz kəndində şəhid olub. Kürdəmir rayonunun Məhərrəmli kənd qəbiristanlığında dəfn edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Şahid Əkbərov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.