
İsmiyev Zeynal Mustafa oğlu
İsmiyev Zeynal Mustafa oğlu 2 iyul 2005-ci ildə Lənkəran rayonunda anadan olub. Xətai rayonu, 263 nömrəli orta məktəbdə orta təhsil alıb. Məktəbi bitirdikdən sonra Bakı Biznes və Kooperasiya Kollecinə daxil olub. O, kollecin “Turizm işinin təşkili” ixtisası, 565 saylı qrup tələbəsi olub. Kooperasiya liseyində təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İsmiyev Zeynal Mustafa oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olub. Suraxanı rayonundakı Dədə Qorqud Şəhidlər Xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamına əsasən İsmiyev Zeynal Mustafa oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.