VƏTƏNDAŞLARLA GÖRÜŞ

Məmmədov Rasim Oktay oğlu

Məmmədov Rasim Oktay oğlu 8 oktyabr 1987-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Xətai rayonu 254 nömrəli məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsilə yiyələnib. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini bitirdikdən sonra Azərbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında xidmət edib. Azərbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının çavuşu olan Məmmədov Rasim Oktay oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olub. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəbiristanlığında dəfn olunub. Bakı şəhərində yaşadığı Xətai rayonu, Məhəmməd Hadi küçəsi 78, Korpus 8A ünvanındakı binaya xatirə lövhəsi vurulmuşdur.