VƏTƏNDAŞLARLA GÖRÜŞ

Ağayev Rusif İbrahim oğlu

Ağayev Rusif İbrahim oğlu 1987-ci il aprelin 16-sı Lənkəran şəhərinin Hirkan kəndində anadan olub. 2005-ci ildə orta məktəbi bitirib hərbi xidmətə yollanıb. Azərbaycanın Hərbi Dəniz Donanmasında xidmət etməyə başlayıb. Hərbi xidmətini başa vurduqdan sonra isə könüllü olaraq xidmətini davam etdirib. Azərbaycan Silahlı Qüvvələrinin giziri Rusif Ağayev 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlanan və Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında baş verən Aprel döyüşləri zamanı Talış yüksəklikləri uğrunda gedən döyüşlərdə öz əsgər yoldaşlarını xilas edən zaman snayper gülləsi ilə şəhid olub. Şəhid Rusif Ağayev Lənkəran şəhərinin Hirkan kəndində dəfn edilib. Ailəli idi, iki övladı var. Lənkəranda küçələrdən birinə Rusif Ağayevin adı verilib. Göstrdiyi qhrmanlığa gör Prezident İlham liyevin srncamı il Rusif Ağayev ölümündən sonra III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.