
Baxışov Seymur Qulamhüseyn oğlu
Baxışov Seymur Qulamhüseyn oğlu 1987-ci il 12 iyulda Sumqayıt şəhərində anadan olub. 1994-2005-ci illərdə Sumqayıt şəhərində yerləşən 14 saylı tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirəndən sonra isə hərbi xidmətə yollanıb. Kiçik gizir Seymur Baxışov 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlanan və Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında baş verən Aprel döyüşləri zamanı şəhid olub. Aprelin 19-u onun nəşi təmas xəttindən götürülüb, 20-si isə Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub. Ailəli idi, bir övladı var. 2017-ci ildə şəhid Seymur Baxışovun yaşadığı binanın qarşısında xatirə lövhəsinin açılışı olub. Göstәrdiyi qәhrәmanlığa görә Prezident İlham Әliyevin sәrәncamı ilә Seymur Baxışov ölümündən sonra III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.