VƏTƏNDAŞLARLA GÖRÜŞ

Əzizzadə Xaliq Həsən oğlu

Əzizzadə Xaliq Həsən oğlu 1996-cı ilin 27 avqust tarixində Şərur rayonu Aşağı Yaycı kəndində anadan olub. Xətai rayonunda yerləşən M.Hacıyev adına 116 saylı tam orta məktəbi bitirib. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1-ci Ordu Korpusunun Göygöl rayonunun Toğanalı istiqamətində yerləşən “N” saylı hərbi hissəsinin əsgəri olub. Əsgər Xaliq Əzizzadə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlanan və Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında baş verən Aprel döyüşləri zamanı şəhid olub. Aprelin 6-sı isə Bakı şəhərinin Xətai rayonunda dəfn olunub. Xətai rayonundakı Cavanşir küçəsində Xaliq Əzizzadənin yaşadığı binaya xatirə lövhəsi vurulub. Göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə Xaliq Əzizzadə ölümündən sonra III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.