VƏTƏNDAŞLARLA GÖRÜŞ

Qurbanov Tural Gürşad oğlu

Qurbanov Tural Gürşad oğlu 1992-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra 2010-cu il oktyabrın 25-də hərbi xidmətə yola düşüb, hərbi xidmətinin 6 ayı tamam olandan sonra Xüsusi Təyinatlı Qüvvələrə yazılıb. Gizir Tural Qurbanov 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlanan və Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında baş verən Aprel döyüşləri zamanı şəhid olub. Aprelin 11-i isə doğulduğu Kürdəmir rayonunun Sığırlı kəndində torpağa tapşırılıb. Ailəli idi, iki övladı var. Şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Kürdəmir şəhərində yeni salınmış küçəyə şəhid Qurbanov Turalın adı verilmişdir. Göstrdiyi qhrmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə Tural Qurbanov ölümündən sonra III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.