VƏTƏNDAŞLARLA GÖRÜŞ

Musazadə Təbriz Tariyel oğlu

Musazadə Təbriz Tariyel oğlu 12 avqust 1981-ci ildə Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunda anadan olub. 165 saylı məktəbi bitirəndən sonra, əvvəlcə, 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, daha sonra 2003-cü ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini, 2004-cü ildə uçuş texniki hazırlığın təlim mərkəzini, 2011-ci ildə Türkiyə Respublikasında Uçuş Təhlükəsizliyi kursunu bitirib. 24 iyun 2004-cü ildən etibarən Hərbi Hava Qüvvələrində xidmət edib. Xidmət müddəti ərzində Azərbaycan Prezidenti tərəfindən və Azərbaycan Müdafiə nazirinin əmri ilə 4 döyüş medalı ilə təltif edilib. Mayor Təbriz Musazadə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlanan və Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində baş verən Aprel döyüşlərində iştirak edib və Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi‐24 helikopteri nin ermənilər tərəfindən vurulması nəticəsində helikopterdə olan heyət üzvləri ilə birlikdə şəhid olmuşdur. Şəhid mayor Təbriz Musazadə “II Fəxri xiyaban”da dəfn olunub. Göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə Təbriz Musazadə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.