
Niftalıyev Rəşad Şakir oğlu
Niftalıyev Rəşad Şakir oğlu 1993‐cü ilin 19 avqust tarixində Zəngilanda dünyaya gəlib. Orta təhsilini Bakıdakı 64 saylı orta məktəbdə başa vurub, Gəncədəki Texnologiya Universitetinə qəbul olunub. Ali təhsilini başa vurandan sonra 2015‐ci ildə hərbi xidmətə yollanıb. Əsgər Rəşad Niftalıyev 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlanan və Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında baş verən Aprel döyüşləri zamanı cəbhənin Tərtər rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olub və aprelin 9-da Bakı şəhəri Xətai rayonunda torpağa tapşırılıb. Göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Niftalıyev ölümündən sonra III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.