
Orucov Müşfiq Arif oğlu
Orucov Müşfiq Arif oğlu 1994-cü ildə Bakıda doğulub. Orta təhsilini 7 nömrəli Zəngilan rayon məktəbində alıb. Orta məktəbi bitirəndən sonra 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompüter texnikası fakültəsinə qəbul olunub. Ali təhsilini də başa vurandan sonra Naftalan şəhərində “N” saylı hərbi hissədə xidmət edib. Müşfiq Orucov 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlanan və Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında baş verən Aprel döyüşləri zamanı şəhid olub və “Dədə Qorqud” məzarlığında torpağa tapşırılıb. Göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə Müşfiq Orucov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.