
Ağalarlı Toğrul Daşqın oğlu
Ağalarlı Toğrul Daşqın oğlu 1995-ci il yanvarın 31 də Ağsu rayonun Ağalarbəyli kəndində anadan olub. 2002-ci ildə Xətai rayon 59 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. 18 yaşında ikən ciyərlərində yaranan xəstəlik səbəbindən hərbi xidmətə yararlı hesab edilməyib. 5 illik müalicədən sonra sağalıb və könüllü surətdə hərbi xidmətə yollanıb. Hərbi xidmətini Ağcabədi rayonu “N” saylı hərbi hissədə qulluq edərək keçirib. 27 sentyabr 2020-ci ildə Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azad edilməsi uğrunda döyüşüb. Aldığı qəlpə yarasından 2020-ci il noyabrın 7-də şəhid olub. Şəhid Toğrul Ağalarlı Suraxanı rayonu Dədə Qorqud qəbiristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ağalarlı Toğrul ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.