
Babayev Vüqar İlham oğlu
Babayev Vüqar İlham oğlu 2001-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. 2008-ci il də Bakı şəhəri Bakıxanov qəsəbəsi 310 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. 2020-ci il iyulun 16-da hərbi xidmətə yollanıb və ağır artilleriyanın əsgəri vəzifəsində xidmət edib. Hərbi dərslərin və verilmiş tapşırıqların öhdəsindən mükəmməl gəldiyinə görə iki aydan sonra manqa komandiri təyin edilib. 27 sentyabr 2020-ci ildə Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 2-də şiddətli döyüşlərdə öz komandirini xilas edərkən şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Vüqar Babayev Bakı şəhəri Yasamal rayonu II Fəxri xiyabanda torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Babayev Vüqar ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, həmçinin, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.