
Cəfərli Həmid Kərim oğlu
Cəfərli Həmid Kərim oğlu 1 avqust 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1996-2004-cü illərdə Bakı şəhər 88 saylı tam orta məktəbdə, 2004- 2007-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə, 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində kurs keçmiş, kapitan rütbəsini almışdır. 27 sentyabr 2020-ci ildə Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 5 oktyabr 2020-ci ildə Füzulidə şəhidlik zirvəsinə ucalmış və “II Fəxri xiyaban”da dəfn edilmişdir. Ailəli idi, 3 övladı var. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Cəfərli Həmid ölümündən sonra “Rəşadət” ordeni, həmçinin, “Qüsursuz xidmətə görə”, “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.