VƏTƏNDAŞLARLA GÖRÜŞ

Əliyev Timur Nurəddinoviç

Əliyev Timur Nurəddinoviç 1984-cü il mayın 29-da Özbəkistan SSRİnin Çirçig şəhərində anadan olub. 2000-ci ildən ailəsi ilə birgə Azərbaycanda yaşamağa yaşlayıb. 2003-cü ildə Bakı şəhəri 229 saylı orta məktəbi bitirib. 2004-cü ildə hərbi xidmətə çağırılıb, 2006-cı ildə isə hərbi xidməti başa vurmuşdur. 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət edərək qısa zamanda çavuş rütbəsi almışdır. Azərbaycan Ordusunun çavuşu olan Timur Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Timur Əliyev oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub və Qazax rayonunun Xanlıqlar kəndində dəfn olunub. Ailəli idi, bir övladı var. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Timur Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.