
Hümbətov İlqar Vüqar oğlu
Hümbətov İlqar Vüqar oğlu 1996-cı il iyunun 13-də Bakıda doğulmuşdur. 2002-ci ildə Ağsu rayonunun Dilman kəndində orta məktəbə getmişdir. 2011-ci ildə Xətai rayonu 116 saylı tam orta məktəbi bitirmişdir. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Ordusunun əsgəri olan İlqar Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid İlqar hümbətov Ağsu rayonu Dilman kəndində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hümbətov İlqar ölümündən sonra “Vətənə xidmətə görə” ordeni ilə, həmçinin, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.