VƏTƏNDAŞLARLA GÖRÜŞ

İbrahimli Adil Asəm oğlu

İbrahimli Adil Asəm oğlu 9 sentyabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. 1999-2008-ci illərdə Sumqayıt şəhərində 14 nömrəli tam orta məktəbdə, 2008-2011-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Adil İbrahimli 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində, 2017-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Baş kəşfiyyatçı, Qrup Komandirinin müavini, Qrup Komandiri vəzifələrində xidmət etmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan Adil İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Adil İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub və II Fəxri xiyabanda dəfn olunub. Ailəli idi, iki övladı var. Cənab Prezident İlham Əliyevin 2021-ci ilin 27 sentyabr anım günündə keçirilən yürüş zamanı tutduğu plakatda şəkli əks olunan şəhidimiz İbrahimli Adil Asəm oğludur. 60 Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Adil İbrahimli ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.