VƏTƏNDAŞLARLA GÖRÜŞ

Kərimov Sənan Rəhman oğlu

Kərimov Sənan Rəhman oğlu 1991-ci il martın 29-də Ağdam rayonunda anadan olub. 1997-ci il Ələkbər Əliyev adına 204 saylı orta məktəbə daxil olub. 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyində, 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb. Sənan Kərimov 2016-cı ilin 2-5 aprel tarixlərində baş verən döyüşlərdə iştirak etmişdir. Bundan sonra Bakıda “N” saylı hərbi hissədə fəaliyyətini davam etdirib, əvvəlcə leytenant, daha sonra baş leytenant və kapitan rütbəsinə layiq görülmüşdür. Azərbaycan Ordusunun kapitanı olan Sənan Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sənan Kərimov oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olmuş və “II Şəhidlər xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyi, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sənan Kərimov ölümündən sonra “Rəşadət” ordeni ilə, həmçinin, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.