
Mailov Rafael İlqar oğlu
Mailov Rafael İlqar oğlu 16 aprel 1994-cü ildə Bakı şəhəri Nizami rayonunda anadan olub. Bakı şəhəri Nizami rayonu 210 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Rafael Mailov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rafael Mailov 14 oktyabrda Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub. Bakı şəhəri Keşlə qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rafael Mailov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.