VƏTƏNDAŞLARLA GÖRÜŞ

Mehdizadə Mərdan Əhməd oğlu

Mehdizadə Mərdan Əhməd oğlu 1979-cu il martın 25-də Şəki rayonunun Göybulaq kəndində anadan olub. 1985-ci ildə Göybulaq kənd orta məktəbinə daxil olub, 1991-ci ilə kimi həmin məktəbdə təhsil alıb. 1991-ci ildən 1996-cı ilə kimi təhsilini Şəki rayon 11№-li dəmir yol stansiyasındakı orta məktəbdə davam etdirib. 1997-ci il iyulun 4-də Şəki rayonu Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 1997-ci ilin iyul ayından 1997-ci ilin sentyabr ayına qədər “N” saylı hərbi hissədə sıravi vəzifəsində, 1997-ci ilin sentyabr ayından 1999-cu ilin aprel ayına qədər həmin hərbi hissənin dalğıc-mütəxəssisi vəzifəsində, 1999-cu ilin aprel ayından 1999-cu ilin avqust ayına qədər Bakı Ali Hərbi Dənizçilik məktəbində kursant, 1999-cu ilin avqust ayından 2000-ci ilin iyuna ayına qədər “N” saylı hərbi hissədə Dəniz dalğıc gəmisinin dalğıc postunun rəisi vəzifəsində, 2000-ci ilin iyun ayından 2004-cü ilin yanvar ayına qədər “N” saylı hərbi hissədə Qərargah və təchizat bölüyünün anbar rəisi vəzifəsində, 2010-cu ilin may ayından 2017-ci ilin mart ayına qədər “N” saylı hərbi hissədə Xüsusi təyinatlı taborun (sualtı hücum) Xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı qrupunun dalğıc kəşfiyyatçısı vəzifəsində xidmət etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı şəhid olub və Şəki rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mərdan Mehdizadə “Qarabağ” ordeni, “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə”, III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, II dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı və I dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilmişdir.