VƏTƏNDAŞLARLA GÖRÜŞ

Məhərrəmov Fərid Asif oğlu

Məhərrəmov Fərid Asif oğlu 2002-ci il fevralın 8-də Bakı şəhərində anadan olub. 2008-ci ildə ibtidai sinfə Xocavənd rayon tam orta məktəbində başlamışdır, daha sonra təhsilini 99 saylı tam orta məktəbdə davam etdirmişdir. 2020-ci il may ayının 25-də Zəngilan rayonunun Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. Tərtər rayon N saylı hərbi hissədə xidmətə başlamışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı TalışSuqovuşan və Laçın istiqamətində döyüşlərdə ağır qəlpə yarası alaraq sentyabrın 29-da şəhid olmuşdur. Şəhid Fərid Məhərrəmov Suraxanı rayonu “Dədə Qorqud məzarlığı”nda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Məhərrəmov Fərid ölümündən sonra “İgidliyə görə”, “Laçının azad olunması”, “Suqovuşanın azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif edilib.