VƏTƏNDAŞLARLA GÖRÜŞ

Məmmədov Fuad Valeryeviç

Məmmədov Fuad Valeryeviç 1 avqust 1998-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. 2004-cü ildə Bakı şəhəri 221 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. 2015-ci ildə orta məktəbi bitirdikdən sonra Milli Aviasiya Akademiyasına daxil olub. 2020-ci ildə Helikopter pilotu ixtisası üzrə təhsilini tamamlayıb. Həmin ilin may ayında hərbi xidmətə çağırılıb və motoatıcı hissəsində qulluq etməyə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. 21 oktyabr 2020- ci ildə Xocavənd istiqamətindəki döyüşdə şəhid olub. Şəhid Fuad Məmmədov Suraxanı rayonu “Dədə Qorqud məzarlığın”da torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Məmmədov Fuad ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, həmçinin, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.