VƏTƏNDAŞLARLA GÖRÜŞ

Məmmədov Rəcəb Xalid oğlu

Məmmədov Rəcəb Xalid oğlu 22 iyul 1995-ci ildə Ucar rayonunda anadan olmuşdur. Rəcəb 1-ci sinifdən 4-cü sinfə qədər Rusiya Federasiyasının Padosk vilayətinin 10 saylı məktəbində oxuyub, 2005-ci ildə Bakı şəhərinə köçüb və Bakı şəhəri 221 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. Bakı şəhəri Nərimanov rayonu 2 nömrəli peşə liseyində video çəkilişi operatoru ixtisasına yiyələnib. 2014-cü ilin iyun ayında həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə 2-ci Vətən müharibəsi başlayanda Bakı şəhəri Xətai rayonu hərbi komissarlığından Qarabağa könüllü olaraq yollanıb və Füzuli rayonunda gedən qızğın döyüşlərdə iştirak edib. 9 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlib. Şəhid Rəcəb Məmmədov Ucar rayonu Şəhidlər xiyabanında torpağa tapşırılıb. Bakı şəhəri Xətai rayonunda və Ucar rayonunda yerləşən küçələrdən biri Rəcəb Məmmədovun adını daşıyır. Həmçinin, Ucar rayonunda şəhidin adına bulaq abidəsi ucaldılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Məmmədov Rəcəb ölümündən sonra III dərəcəli “Qüsursuz xidmətə görə” orden ilə, həmçinin, “Vətənə xidmətə görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.