VƏTƏNDAŞLARLA GÖRÜŞ

Məmmədov Rəcəb Yolçu oğlu

Məmmədov Rəcəb Yolçu oğlu 1996-cı ilin 23 noyabrında Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. Birinci sinifdən altıncı sinfə kimi Ləki kənd orta məktəbində, yeddinci sinifdən on birinci sinfə kimi Bakı şəhəri Xətai rayonundakı 269 saylı tam orta məktəbdə oxuyub. 2015-ci ildə Azərbaycan Kooperasiya Universitetinə daxil olan Rəcəb 2019-cu ildə ali məktəbi bitirib, magistr təhsili almaq üçün Türkiyəyə gedib. Orada bir il oxuduqdan sonra təhsilini yarımçıq qoyan Rəcəb Bakıya qayıdıb. 2020-ci ildə Ağdamda əsgəri xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub və Ağdaş rayonu Ləki kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Məmmədov Rəcəb ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.