VƏTƏNDAŞLARLA GÖRÜŞ

Nəcəfov Fuad Taleh oğlu

Nəcəfov Fuad Taleh oğlu 1990-cı il oktyabrın 1-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 2008-ci ildə orta məktəbi bitirib. 3 oktyabr 2008-ci ildən 1 oktyabr 2009-cu ilədək Hərbi Dəniz Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. 2010-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Gizir hazırlığı kursu”nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 29 avqust 2010-cu il tarixli əmri ilə miçman hərbi rütbəsi alıb. Radio-kəşfiyyat taqımının “REM-T” qrup rəisi, xüsusi təyinatlı qrupun dalğıcı – kəşfiyyatçı vəzifələrində xidmət göstərib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fuad Nəcəfov oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub və İsmayıllı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Fuad Nəcəfov ölümündən sonra “Qarabağ” ordeni ilə, həmçinin, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.