
Niftalızadə Niyamin Xaliq oğlu
Niftalızadə Niyamin Xaliq oğlu 15 yanvar 1997-ci ildə Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. 2003-2012-ci illərdə Bakı şəhəri Xətai rayonu 191 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2012-2015-ci illərdə 14 nömrəli Bakı peşə liseyində “Kompüter operatoru” peşəsi üzrə təhsil almışdır. 2015-2017-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra 15 saylı Bakı peşə liseyində ikinci peşə təhsili almışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Füzuli, Xocavənd, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 7 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Suraxanı rayonu “Dədə Qorqud məzarlığı”nda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Niftalızadə Niyamin ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.