VƏTƏNDAŞLARLA GÖRÜŞ

Pənahov Əkbər Bəylər oğlu

Pənahov Əkbər Bəylər oğlu 1990-cı il avqustun 12-də Gürcüstanın Bolnisi rayonunda anadan olub. Bakı şəhəri Xətai rayonu 269 saylı tam orta məktəbi, daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Azərbaycan Ordusunun kapitanı olan Əkbər Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Əkbər Pənahov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb. Uzun müddət davam edən axtarış əməliyyatlarından sonra 10 iyul 2021-ci tarixində nəşi tapılıb. Şəhid Əkbər Pənahov 12 iyul tarixində “II Fəxri xiyaban”da dəfn edilib. Ailəli idi, iki övladı var. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olduğu, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyi, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əkbər Pənahov ölümündən sonra “Rəşadət” ordeni ilə, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.