
Rüstəmov Rövşən Orxan oğlu
Rüstəmov Rövşən Orxan oğlu 1999-cu il aprelin 11-də Bakı şəhərində anadan olub. 2005-2016-cı illərdə Xətai rayonunda 165 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 6-da şəhid olub. Şəhid Rövşən Rüstəmov Suraxanı rayonu Dədə Qorqud məzarlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rövşən Rüstəmov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına” medalları ilə təltif edilmişdir.